RU

Müəllimlər üçün “ChatGPT”nin xüsusi versiyası təqdim olunub  

“OpenAI” müəllimlər üçün “ChatGPT for Teachers” platformasını istifadəyə verib. “ChatGPT”nin xüsusi versiyası olan tətbiq müəllimlərin tədris məzmunu yaratmasını asanlaşdırmaq məqsədilə xüsusi şəkildə hazırlanıb. “ChatGPT for Teachers” 2027-ci ilin iyun ayına qədər ödənişsiz olacaq.

Xidmətdən yararlanan pedaqoqlar “GPT-5.1 Auto” modelindən istifadə edərək limitsiz mesajlaşma, sənəd yükləmə, şəkil generasiyası və onların saxlanılması kimi imkanlara sahib olacaqlar. Bundan əlavə, platforma müəllimlərə söhbətlərini həmkarları ilə paylaşmaq imkanı yaradır və digər müəllimlər tərəfindən hazırlanmış nümunə və tövsiyələrə çıxış təmin edir.

Ülkər XASPOLADOVA,

 “Azərbaycan”

Избранный
9
azerbaijan-news.az

1Источники