RU

Ömürlük qonasan bu ölməzliyə... Günün şeiri

Kulis.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu gün şair Ağa Laçınlının anım günüdür.Kulis.az bu münasibətlə "Ömürlük qonasan" şeirini təqdim edir. Ömürlük qonasan bu ölməzliyə,

Bu köhlən dağları gündə minəsən.

Dumanın qanadı səni gizləyə,

Gülün xırmanında gülə dönəsən.

Gələsən ilk yazın ilıq çağında,

Görəsən gözəllər boynunu burub.

Gümüşü göllərin süd işığında

Çimişə səninlə qızılı qürub.

Ya da geyinəsən yay axşamını,

Gün dağa dırmaşa, kölgə alçala.

Aşasan o külək aşırımını,

Ağac qol götürə, budaq əl çala.

Payızın kəfəni sapsarı küləş,

Ürəyin yanırsa mələ ki, mələ.

Elə qıy çəkəsən – o batan günəş

Qəbir qapısından qayıdıb gələ.

Gəzirsən... atının başını burax,

Duruluq çiləmiş çillə ayazı.

Qarın göbəyində buğlanan bulaq

Düzüb yaxasına yaşıl qotazı.

Görürsən dünyanın düzümü necə,

Üz-üzə dayanıb quzeylə güney.

Ağlaya-ağlaya gülər indicə

Çayın dodağında çalınan o ney.

Hər isti-soyuğa alışmaq asan,

Ömürlük sevəsən umub-küsəni.

Sən doğma torpağı əziz tutasan,

Torpaq ürəyində yaşada səni.

1985-ci il

İntibah dövrünün saray sənətkarı - Müasirləri onun haqqında nə yazırdılar?

Bülbülün Memorial Muzeyində “Zəfər Yolu” sərgisi

Yadigar Muradov dəfn olundu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
40
kulis.az

1Источники