RU

Nigeriyada 9 tondan çox narkotik maddə müsadirə edilib

Bakı. Trend:

Nigeriyanın Milli Narkotiklərlə Mübarizə Agentliyi (NDLEA) altıgün ərzində doqquz şübhəli narkotik qaçaqmalçısını həbs edib vəgizli anbarlardan 9 tondan çox qanunsuz maddə müsadirə edib.

Trend xəbər verirki, bu barədə məlumatı "Nation Nigeria" yayıb.

Bildirilir ki, əməliyyatlar 17-22 noyabr tarixləri arasındaaparılıb və bu müddət ərzində hüquq-mühafizə orqanlarınınəməkdaşları altı böyük sindikatı zərərsizləşdirib. Əməliyyatlarhava limanlarında, magistral yollarda, anbarlarda, bazarlarda vəonlayn platformalarda həyata keçirilib.

Koqi və Kross-River ştatlarında keçirilən əməliyyatlar zamanı4,7 ton kannabis, kokain, opioid həbləri və digər narkotik maddələrmüsadirə olunub.

Избранный
64
az.trend.az

1Источники