RU

Azərbaycan “Multicultural Fusion” festivalında təmsil olunub (FOTO)

Kanadanın Yeni Şotlandiya əyalətinin Pictou şəhərində keçirilən "Multicultural Fusion" ("Multikultural birləşmə") festivalında Azərbaycan təmsil olunub.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Kanadada yaşayan soydaşımız, diasporumuzun fəalı Müşfiqə Quliyeva ölkəmizin zəngin mədəni irsi, adət-ənənələri və milli mətbəxi barədə iştirakçılara ətraflı məlumat verib. Azərbaycan stendinə yaxınlaşan ziyarətçilər mədəniyyətimiz haqqında dolğun məlumatları heyranlıqla dinləyiblər, mətbəximizin ləziz təamlarını dadmaq imkanı əldə ediblər.

Müxtəlif ölkələrin mədəniyyətlərini tanıdan festivalda Azərbaycanın zəngin mədəni irsi maraqla qarşılanıb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
12
3
olaylar.az

4Источники