AZ

Azərbaycan “Multicultural Fusion” festivalında təmsil olunub

Bakı, 24 noyabr, AZƏRTAC

Kanadanın Yeni Şotlandiya əyalətinin Pictou şəhərində keçirilən “Multicultural Fusion” (“Multikultural birləşmə”) festivalında Azərbaycan da təmsil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Kanadada yaşayan soydaşımız, diasporumuzun fəalı Müşfiqə Quliyeva ölkəmizin zəngin mədəni irsi, adət-ənənələri və milli mətbəxi barədə iştirakçılara ətraflı məlumat verib.

Müxtəlif ölkələrin mədəniyyətlərini tanıdan festivalda Azərbaycanın zəngin mədəni irsi maraqla qarşılanıb.

Seçilən
41
3
azertag.az

4Mənbələr