RU

Tovuzda 27 yaşlı gənc toyda bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakini 1998-ci il təvəllüdlü N.Hüseynov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, hadisə rayonda yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Hadisənin başvermə səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Избранный
27
10
ikisahil.az

10Источники