RU

Azərbaycan və Estoniya arasında dəmir yolu sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Bakı. Trend:

24 noyabr tarixində Bakıda “AZCON Holding” şirkətlərindən olan“Azərbaycan Dəmir Yolları” QSC-nin “Azərbaycan Dəmir Yolları”QSC-nin (ADY) sədri Rövşən Rüstəmov və Estoniya Dəmir Yollarının(“AS Eesti Raudtee”) rəhbəri Kaido Zimmermann arasında görüşkeçirilib.

Trend xəbər verir ki, bubarədə ADY məlumat yayıb.

Tərəflər qarşılıqlı əməkdaşlığın yüksələn xətlə inkişafındanməmnunluq ifadə edib, Azərbaycandan keçən beynəlxalq dəhlizlərüzərindən Çindən Avropaya yük axınının artırılması istiqamətindədaha sıx əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Rövşən Rüstəmov Estoniyanın dəmir yolu sahəsində rəqəmsal həllərvə ağıllı logistika üzrə təcrübəsinin birgə təşəbbüslər üçünimkanlar yaratdığını, Azərbaycanın Orta Dəhlizlə bağlı stratejimövqeyinin Estoniya və geniş spektrdə Baltik regionu üçün MərkəziAsiya və Çinə səmərəli çıxışı təmin etdiyini bildirib.

Qeyd olunub ki, Azərbaycan tərəfindən son dövrlərdə OrtaDəhlizin inkişafını dəstəkləyən mühüm addımlar atılıb. Belə ki,Bakı–Tbilisi–Qars xəttinin yükburaxma gücü illik 5 milyon tonaçatdırılıb, Bakı Limanının ADY-yə inteqrasiyası ilə multomodalyükdaşımalar sürətlənib, həmçinin Gürcüstan və Qazaxıstanlaəməkdaşlıq çərçivəsində bu dəhlizin inkişafı üçün birgə müəssisətəsis edilib.

Estoniya Dəmir Yollarının rəhbəri Kaido Zimmermann görülənişləri yüksək qiymətləndirib, ADY ilə əməkdaşlığıngenişləndirilməsində maraqlı olduqlarını bildirib.

Tərəflər daha geniş əməkdaşlığın regional müstəvidə də nəqliyyatbağlantısını gücləndirəcəyinə və Avropa ilə Asiyanı birləşdirənmüasir, effektiv və dayanıqlı nəqliyyat sisteminə töhfə verəcəyinəəminlik ifadə ediblər.

Избранный
67
5
az.trend.az

8Источники