“AvtoVAZ”ın Tolyattidəki əsas məkanında “Lada” avtomobilləri istehsalının 2025-ci ilin sonuna qədər 40% azalaraq 274 min ədədə düşəcəyi gözlənilir.
Bakıvaxtı.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə şəhər dairə şurasının dərc etdiyi materiallarda bildirilir.
”İstehsal planının azalmasını nəzərə alaraq, 2025-ci ildə Tolyatti şəhər dairəsində minik avtomobillərinin buraxılışı 274 min ədəd (2024-cü ildə 456300 ədəd istehsal olunub) olaraq qiymətləndirilir”, - deyə məlumatda bildirilir.
Proqnoza görə, mühafizəkar ssenariyə əsasən, 2026-cı ildə şəhər dairəsində avtomobil istehsalı da ildən-ilə təxminən 3,3% (9 min ədəd) azalaraq 265 min avtomobilə qədər düşəcək.
Rusiya avtomobil bazarında tələbatın azalması fonunda “AvtoVAZ” sentyabrın sonundan natamam dördgünlük iş həftəsinə keçib. Dördgünlük iş həftəsinin 2026-cı ilin mart ayının sonuna qədər davam edə biləcəyi bildirilir.