RU

Gülçöhrə Məmmədova və Bahodir Turaev memorandum imzaladı FOTOLAR

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Daşkənd Dövlət Nəqliyyat Universitetinin prorektoru və Türk Dövlətləri Beynəlxalq Universitetinin rektoru professor Bahodir Turaev Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) qonaq olub.

"Unikal" xəbər verir ki, qonaq AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova tərəfindən qəbul edilib. Görüşdə AzMİU və Türk Dövlətləri Beynəlxalq Universitetinin nümayəndələri də iştirak ediblər.

Müqavilə imzalanmazdan öncə hər iki rektor çıxış edərək Özbəkistan ilə Azərbaycan arasında son illər güclənən əməkdaşlıq əlaqələrinə, Prezident İlham Əliyevin və Prezident Şövkət Mirziyoyevin qarşılıqlı səfərlərinə, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində inkişaf edən qardaşlıq münasibətlərinə diqqət çəkiblər. Bu münasibətlərin universitetlər arasında əməkdaşlıq üçün geniş perspektiv yaratdığı vurğulanıb.

Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə müzakirələr aparılıb və əməkdaşlıq imkanları nəzərdən keçirilib. Xüsusilə Daşkənd Dövlət Nəqliyyat Universiteti ilə nəqliyyat, logistika və digər uyğun profilli ixtisaslar üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

Nəticədə, AzMİU və Türk Dövlətləri Beynəlxalq Universiteti arasında Memorandum imzalanıb. Memorandum tərəflər arasında akademik əməkdaşlığı gücləndirməyi, müəllim, tələbə və işçi heyət mübadiləsini təşviq etməyi, birgə tədqiqat layihələri həyata keçirməyi, simpoziumlar, konfranslar və qısa kurslar təşkil etməyi nəzərdə tutur.

Tərəflər həmçinin tədris və idarəçilik praktikalarını paylaşacaq, ekoloji idarəetmə ilə bağlı birgə fəaliyyətlərdə iştirak edəcək və elmi-metodik nəşrləri mübadilə edəcəklər. 

Memorandum eyni zamanda koordinasiya edilən layihələr üçün resurs və infrastruktur istifadəsini təmin edir. Bu əməkdaşlıq universitetlərin beynəlxalq əlaqələrinin gücləndirilməsi və təhsil, elmi tədqiqat sahələrində inkişafın sürətləndirilməsi üçün mühüm addım hesab olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
63
unikal.az

1Источники