RU

Braziliyada Azərbaycanın şanlı Zəfərindən bəhs olunub (FOTO)

Bakı.Trend:

Braziliyada ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığışanlı Zəfərin 5 illiyi münasibətilə tədbir keçirilib.

Trend xəbər verir ki, bubarədə Komitə məlumat yayıb.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinindəstəyi və braziliyalı jurnalist Fabiana Ceyhanın təşkilatçılığıilə baş tutan tədbir hər iki ölkənin Dövlət himnlərininsəsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəliksükutla yad olunması ilə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun şanlıZəfərimiz münasibətilə tədbir iştirakçılarına ünvanladığı təbrikmesajı diqqətə çatdırılıb.

Daha sonra komitənin şöbə müdiri Səlhət Abbasova çıxış edib.Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətliOrdumuzun qazandığı qələbənin sülhün, ədalətin və həmrəyliyin rəmziolduğunu vurğulayıb. Komitənin dünyanın müxtəlif ölkələrindəyaşayan soydaşlarımızın fəaliyyətinə göstərdiyi dəstəkdən, dostluqmünasibətlərinin möhkəmləndirilməsi və milli-mədəni irsimizintanıdılması istiqamətində həyata keçirilən layihələrdən söz açıb.Braziliyalı jurnalistlərə və ictimaiyyətin fəal nümayəndələrinətədbirdə iştiraka görə təşəkkürünü bildirib.

Jurnalist Fabiana Ceyhan çıxışında Azərbaycanın işğaldan azadolunan ərazilərinə səfər edən ilk latın amerikalı media mənsubuolduğunu xüsusi vurğulayıb. Həmin torpaqlarda aparılangenişmiqyaslı yenidənqurma işlərindən bəhs edib.

Azərbaycan Respublikasının Braziliya Federativ RespublikasındakıSəfirliyinin əməkdaşı Rafiq Rüstəmov Braziliyada şanlı Zəfərimizəhəsr olunan belə bir toplantının keçirilməsinin önəmindəndanışıb.

Braziliyalı politoloq Joa Zimmer Xavier Azərbaycanın mədəniyyətpaytaxtı Şuşanın azad edilməsinin tarixi əhəmiyyətinə diqqət çəkib.Bu Qələbənin uzun illər davam edən münaqişəyə son qoyduğunuvurğulayıb.

Tədbirdə Vətən müharibəsinin qəhrəmanlarının xatirəsinə həsrolunan “Dəmir Yumruq” filmi, eləcə də Azərbaycan mədəniyyətininzənginliyinə dair videoçarxlar nümayiş etdirilib.

Braziliyada
Braziliyada
Braziliyada
Braziliyada
Braziliyada
Braziliyada
Braziliyada
Избранный
34
2
az.trend.az

3Источники