“Sülh körpüsü” təşəbbüsü çərçivəsində Bakıya səfərlərimiz, azərbaycanlı ekspertlərin və vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana səfərləri müntəzəm xarakter daşıyacaq”.
Publika.az xəbər verir ki, bu barədə 21-22 noyabr tarixində Bakıya səfər edən Ermənistan vətəndaş cəmiyyəti qrupunun üzvü Areq Koçinyan İrəvanda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, səfərin təşkilinə və təhlükəsizliyin təmin edilməsinə həm Ermənistanın, həm də Azərbaycanın müvafiq orqanları cəlb olunub: “Biz azərbaycanlı həmkarlarımızdan İrəvanda özlərini necə hiss etdiklərini soruşduq. Onlar dedilər ki, bura kifayət qədər təhlükəsizdir. Bizim Bakıdakı təhlükəsizliyimiz haqqında da bunu deyə bilərəm”.
Areq Koçinyan Bakıda Prezidentin köməkçisi Hikmət Hacıyevlə görüş haqqında da danışıb.