RU

“mygov” platformasından istifadə edən vətəndaşların sayı 2 milyonu ötüb

Bakı. Trend:

Ölkənin əsas rəqəmsal hökumət platforması olan “mygov”daistifadəçilərin sayı 2 milyon nəfəri ötüb. 2025-ci il ərzində həmveb, həm də mobil tətbiq üzərindən platformaya qoşulanvətəndaşların sayında əhəmiyyətli artım müşahidə olunub.

Trend xəbərverir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyiməlumat yayıb.

Bildirilib ki, cari ildə platformadan 1 milyondan çox vətəndaşqeydiyyatdan keçib. Bu isə ötən ilin sonu ilə müqayisədə ikidəfədən çox artım deməkdir. Platformadan mütəmadi istifadə edən,davamlı şəkildə sistemə daxil olan və rəqəmsal xidmətlərdənyararlanan aktiv istifadəçilərin sayı 800 min nəfərdir.

Hazırda platformada ümumilikdə 400-dən çox rəqəmsal xidmətmövcuddur.

Cari il ərzində ən çox istifadə olunan sənədlər arasındaşəxsiyyət vəsiqəsi məlumatları, iş yeri məlumatları, ailə tərkibi,sürücülük vəsiqəsi məlumatları və nikah haqqında məlumatlar yeralıb. Bu istiqamətdə istifadənin əsasını QR paylaşımı və sənədyükləmə funksiyaları təşkil edib. Hazırda platformada 69 rəqəmsalsənəd və məlumat təqdim olunur. 2025-ci ildə vətəndaşlar tərəfindənbu rəqəmsal məlumatlardan istifadə sayı keçən ilin eyni dövrü iləmüqayisədə 2 dəfə artaraq təxminən 2,2 milyon təşkil edib.

Vətəndaşların ən çox müraciət etdiyi xidmətlər arasındaməhkumluq haqqında arayış, mobil cihazların qeydiyyatı, ailəüzvləri haqqında arayış, subaylıq haqqında arayış və nəqliyyatvasitəsindən istifadə üçün etibarnamə xidmətləri üstünlük təşkiledir. Platformada 37 dövlət xidməti yenidən tərtib edilərəkrəqəmsallaşdırılıb. Cari ildə bu xidmətlərə müraciətlərin sayı ötənilin eyni dövrü ilə müqayisədə 10 dəfədən çox artaraq 220 mindənçox olub.

“mygov” platformasında istifadəçi sayının artmasına bir neçəəsas rəqəmsal funksionallıq ciddi təsir göstərib. Bu artımda “mygovID” funksiyası xüsusi rol oynayıb. Bu funksiya vətəndaşlara QR kodvasitəsilə dövlət və özəl qurumların sistemlərinə rahat və sürətligiriş imkanı yaradır. Bundan əlavə, “İcazələrin idarə edilməsi”funksiyası vətəndaşlara fərdi məlumat paylaşımına nəzarət imkanıverərək platformanı daha da istifadəçi yönümlü, təhlükəsiz və rahatedib. Eyni zamanda yeni istifadəyə verilmiş dövlət qurumlarınaməktub göndərmək və almaq funksiyası da vətəndaş mərkəzli rəqəmsalxidmət təcrübəsini daha yüksək səviyyəyə çatdırıb.

Hal-hazırda “mygov” tətbiqi vasitəsilə vətəndaşlar məhkumluqhaqqında arayış, ailə tərkibi və ailə vəziyyəti, təhsil və hərbixidmət məlumatları, etibarnamələrin verilməsi, kommunal xidmətlərüzrə abonent məlumatlarının dəyişdirilməsi, borc və səhiyyəməlumatları, iş yerindən arayış, əmək müqavilələrinin imzalanması,işğaldan azad edilmiş ərazilərə səfər üçün icazələr, bank kartlarıilə ödəniş imkanları və digər rəqəmsal xidmətlərdən faydalanabilirlər. Eyni zamanda, dövlət qurumları ilə əməkdaşlıqçərçivəsində həyata keçirilən həyat hadisələri üzrə xidmətlər –nikah, doğum və ölüm haqqında şəhadətnamələrin əldə olunmasıplatforma vasitəsilə vətəndaşlar üçün daha rahat və əlçatanolub.

Platformanın imkanlarının genişləndirilməsi və istifadərahatlığının artırılması fonunda bu artım dinamikasının növbətidövrlərdə də davam edəcəyi gözlənilir.

Избранный
29
13
az.trend.az

10Источники