RU

Bu “ağac” 450 min plastik butulkadan hazırlanıb

Livanlı Karolin Çaptini 450 min plastik şüşədən hazırlanmış 10 metr hündürlüyündə sidr ağacı ilə Ginnesin Rekordlar Kitabına düşüb.Ölkənin simvolu olan sidr ağacını təsvir edən əl işi Livanın 82-ci Müstəqillik Günündə Emyun bələdiyyəsi tərəfindən təşkil edilən mərasimdə təqdim olunub. Hündürlüyü 10 metr olan sidr ağacı Livan çayının əhatə etdiyi 10.452 kvadrat kilometr ərazi üçün simvolik dəstək rolunu oynayır.Mərasimdə Ginnesin sertifikatını alan Çaptini “Daha əvvəl beş dəfə Ginnesin Rekordlar Kitabına düşmüşəm. Bu layihə mənim altıncı nailiyyətimdir”, - deyib.

Çaptini diqqətini ekoloji mövzulu layihələrə yönəltdiyini vurğulayıb. Bildirib ki, sidr ağacının hazırlanması üçün aylarla vaxt sərf edib. Onun sözlərinə görə, belə bir uğurun əldə edilməsində 6.000-dən çox tələbənin əməyi var.

Избранный
15
1
metbuat.az

2Источники