RU

Terrorçular Nigeriyada 303 uşağı və 12 müəllimi qaçırıblar

Silahlı şəxslər Nigeriyanın Niger əyalətindəki katolik məktəbinə basqın edərək 303 şagirdi və 12 müəllimi qaçırıblar.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, hücum 21 noyabr gecəsi Papiri kəndində baş verib. Hücum edənlər həm sinif otaqlarının, həm də yataqxanaların yerləşdiyi Müqəddəs Məryəm məktəbinin ərazisinə daxil olublar. Polisin məlumatına görə, cinayətkarlar silahlı olublar və mütəşəkkil şəkildə hərəkət ediblər.

Yerli hakimiyyət orqanları hələlik qaçırmanın günahkarlarını müəyyən etməyib. Axtarış-xilasetmə əməliyyatları davam edir və hərbi hissələr yerləşdirilib. Qaçırılan qurbanların qohumları xəbər gözləyərək məktəb binasının qarşısında toplaşıblar.

Bu, ölkə tarixindəki ən böyük qaçırmalardan biridir. Əvvəllər ən böyüyü 2014-cü ildə “Boko Haram” tərəfindən Çibokda 276 məktəbli qızın qaçırılması olub.

Musavat.com

Избранный
26
1
musavat.com

2Источники