RU

“AFEN Plaza”da partlayış, 5 yaralı var - Video - Yenilənib

Bu gün saat 09 radələrində paytaxtın Nərimanov rayonunda partlayış baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Əhməd Rəcəbli küçəsindəki plazalardan birində qeydə alınıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları və FHN-in xilasediciləri cəlb edilib.
***
FHN hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
REAL TV-nin məlumatına görə, partlayış “AFEN Plaza” biznes mərkəzində baş verib.
***
DİN-in Mətbuat xidmətindən qeyd edilib ki, paytaxtın Nərimanov rayonu Ə.Rəcəbli küçəsində yerləşən ofislərin birində baş vermiş partlayışla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.
Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək zəruri təhlükəsizlik tədbirləri görülür.
***
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Dərhal 2 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. 
Təcili tibbi yardım briqadası tərəfindən 5 nəfərə (2-si kişi, 3-ü qadın olmaqla) yerində ilkin tibbi yardım göstərilib və onlar müştərək travmalarla ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.






Избранный
29
25
yenilik.az

10Источники