RU

Premyer Liqa: “Neftçi” “İmişli”yə məğlub oldu

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XII turuna “Neftçi” – “İmişli” oyunu ilə yekun vurulub.

Teleqraf xəbər verir ki, “Palms Sport Arena”da keçirilən qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Baş hakim Cavid Cəlilovun idarə etdiyi oyunda qolları “Neftçi”dən Vensan Abubakar (11), Emin Mahmudov (60), “İmişli”dən isə Ezekiel Morqan (13), Dioqo Rollo (64) və Edvin Banquera (85) vurublar.

Bu nəticədən sonra Jorj Kaşkilyanın kollektivi isə 15 xalla 7-ci pilləyə yüksəlib. Samir Abasovun komandası 15 xalla 8-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, günün ilk oyununda “Sabah” – “Şamaxı” matçı qolsuz bərabərliklə yekunlaşıb. Digər görüşlərdə “Kəpəz” səfərdə “Karvan-Yevlax”ı 2:1, “Qarabağ” “Sumqayıt”ı 4:2 hesabı ilə məğlub edib. “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunu 1:1, “Zirə” – “Qəbələ” matçı isə 1:0 hesabı ilə başa çatıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
1
1
sherg.az

2Источники