BAKI, 23 noyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının XII turuna “Neftçi” – “İmişli” oyunu ilə yekun vurulub.
Teleqraf xəbər verir ki, “Palms Sport Arena”da keçirilən qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Baş hakim Cavid Cəlilovun idarə etdiyi oyunda qolları “Neftçi”dən Vensan Abubakar (11), Emin Mahmudov (60), “İmişli”dən isə Ezekiel Morqan (13), Dioqo Rollo (64) və Edvin Banquera (85) vurublar.
Bu nəticədən sonra Jorj Kaşkilyanın kollektivi isə 15 xalla 8-ci pilləyə yüksəlib. Samir Abasovun komandası 16 xalla 7-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, günün ilk oyununda “Sabah” – “Şamaxı” matçı qolsuz bərabərliklə yekunlaşıb. Digər görüşlərdə “Kəpəz” səfərdə “Karvan-Yevlax”ı 2:1, “Qarabağ” “Sumqayıt”ı 4:2 hesabı ilə məğlub edib. “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunu 1:1, “Zirə” – “Qəbələ” matçı isə 1:0 hesabı ilə başa çatıb.