RU

“Komandanın içində ilk oyunçudan son oyunçuya qədər çox gözəl enerji var”

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Türkiyənin “Fənərbağça” klubunun baş məşqçisi Domeniko Tedesko Super Liqanın XIII turunda “Çaykur Rizəspor” üzərində qazanılan 5:2 hesablı qələbəni dəyərləndirib.

İdman.Biz xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında görüşün çətin keçdiyini bildirib.

“Yaxşı futbol oynayan güclü rəqibə qarşı oynadıq. Baş məşqçiləri komandanı bu matça çox yaxşı hazırlamışdı. Oyunu çevirmək üçün çox enerji sərf etməli olduq”, - deyə Tedesko qeyd edib.

O, fasilə zamanı futbolçularla danışdıqlarını vurğulayıb:

“Özümüzə güvənməli olduğumuzu, oyunumuza inanmalı olduğumuzu dedik. Bir qol vurduğumuz təqdirdə matçı çevirə biləcəyimizi qeyd etdim. Komanda bunların hamısını ikinci hissədə meydanda göstərdi. Bu qələbə bütün komandanındır. Çünki komandanın içində ilk oyunçudan son oyunçuya qədər çox gözəl enerji var. Buna görə futbolçularımı təbrik edirəm”.

Rəqibi analiz etdiyini bildirən Tedesko rəqibin oyun üslubuna da toxunub:

“Böyük komandalarla oynadıqları matçları izləmişdim və hamısında yaxşı çıxış etmişdilər. Bizə qarşı da itirəcək heç nəyi olmayan şəkildə, sərbəst oynadılar”.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
1
icma.az

2Источники