RU

Ağırlıq mərkəzi dəyişib, daha ABŞ deyil Kanada

Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.

Dünya ABŞ olmadan da bir sıra məsələdə irəliləyişə nail ola bilər.

Axar.az xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni deyib.

"Prezident Donald Tramp administrasiyasının boykot etməsinə baxmayaraq, bu həftə sonu Yohannesburqda keçirilən G20 liderlərinin görüşündə əldə olunan konsensus xüsusi əhəmiyyəti daşıyır.

Sammit dünya əhalisinin dörddə üçünü, qlobal ÜDM-in üçdə ikisini və qlobal ticarətin dörddə üçünü təmsil edən ölkələri bir araya gətirdi və bunu ABŞ-ın rəsmi iştirakı olmadan həyata keçirdi. Bu, qlobal iqtisadiyyatda ağırlıq mərkəzinin dəyişdiyini xatırladır",- o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
68
1
axar.az

2Источники