Honkonqda daha iki çikunqunya virusuna yoluxma hadisəsi qeydə alınıb və bununla da metropolisdə yoluxanların ümumi sayı 2025-ci ildə 70-ə çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə yerli sağlamlıq mərkəzi bildirib.
Bildirilib ki, bu rəqəm əvvəlki bütün illərdə qeydə alınan ümumi yoluxma hallarının sayından təxminən üç dəfə çoxdur.
Qeyd edilib ki, bu yaxınlarda Çinin materik hissəsinə səyahət edən bir kişi və bir qadın xəstələnib. "Son yoluxma halları ilin əvvəlindən bəri şəhərdə təsdiqlənmiş yoluxma hallarının ümumi sayını 70-ə çatdırıb", - deyə bildirilib.
Mərkəzin məlumatına əsasən, ağcaqanadlar vasitəsilə yayılan bu infeksiyanın ilk halları 2006-cı ildə (3 hal) qeydə alınıb, daha sonra xəstəlik 2016-cı ildə (8 hal), 2017-ci ildə (1 hal), 2018-ci ildə (2 hal) və 2019-cu ildə (11 hal) qeydə alınıb.