AZ

Honkonqda çikunqunya virusunayoluxanların sayı 70-ə çatıb

Bakı. Trend:

Honkonqda daha iki çikunqunya virusuna yoluxma hadisəsi qeydəalınıb və bununla da metropolisdə yoluxanların ümumi sayı 2025-ciildə 70-ə çatıb.

Trend-in məlumatına görə, bu barədə yerli sağlamlıq mərkəzibildirib.

Bildirilib ki, bu rəqəm əvvəlki bütün illərdə qeydə alınan ümumiyoluxma hallarının sayından təxminən üç dəfə çoxdur.

Qeyd edilib ki, bu yaxınlarda Çinin materik hissəsinə səyahətedən bir kişi və bir qadın xəstələnib. "Son yoluxma halları ilinəvvəlindən bəri şəhərdə təsdiqlənmiş yoluxma hallarının ümumisayını 70-ə çatdırıb", - deyə bildirilib.

Mərkəzin məlumatına əsasən, ağcaqanadlar vasitəsilə yayılan buinfeksiyanın ilk halları 2006-cı ildə (3 hal) qeydə alınıb, dahasonra xəstəlik 2016-cı ildə (8 hal), 2017-ci ildə (1 hal), 2018-ciildə (2 hal) və 2019-cu ildə (11 hal) qeydə alınıb.

Seçilən
33
5
az.trend.az

3Mənbələr