RU

“Atletiko” kapitanı Koke tarix yazdı - 700-cü oyununu keçirdi

İspaniyanın La Liqa təmsilçisi “Atletiko”da çıxış edən Koke klub tarixində yeni rekorda imza atıb. O, “Xetafe” ilə keçirilən qarşılaşmada Madrid təmsilçisinin heyətində 700-cü oyununa çıxaraq bu nailiyyətə çatan ilk futbolçu olub.

İdman.Biz xəbər verir ki, “Atletiko” akademiyasının yetirməsi olan Koke Dieqo Simeonenin rəhbərliyi altında klubun ən simvolik fiqurlarından birinə çevrilib.

O, argentinalı mütəxəssislə birlikdə 8 titul qazanıb: 2 La Liqa çempionluğu, 2 Avropa Liqası, 2 UEFA Super Kuboku, İspaniya Kuboku və İspaniya Super Kuboku.

Koke Simeonenin rəhbərliyi altında 662 matçda meydana çıxaraq bu göstəricidə də klub tarixində ilk pillədə qərarlaşıb.

700 oyun aşağıdakı kimi bölünür:
- La Liqa - 497 oyun.
- Çempionlar Liqası - 106.
- İspaniya Kuboku - 56.
- Avropa Liqası - 28.
- Super Kuboklar və Klublararası Dünya Çempionatı - 9.

Bu müddətdə o, 48 qol və 114 qol ötürməsi ilə yadda qalıb, 415 qələbə, 150 heç-heçə və 134 məğlubiyyət yaşayıb.

Qeyd edək ki, Koke 19 sentyabr 2009-cu ildə “Barselona”ya qarşı matçda əsas komanda ilə debüt edib. Maraqlıdır ki, onun 700-cü oyunu da ilk dəfə start heyətində oynadığı komanda olan “Xetafe”yə qarşı baş tutub.

İdman.Biz

Məqalədə:
Избранный
47
2
idman.biz

3Источники