RU

Astanada “Silk Way Star” müsabiqəsinin qalibi seçilib

Bakı. Trend:

Astanada “Silk Way Star” adlı ilk Asiya vokal meqa layihəsininmöhtəşəm finalı keçirilib.

Trend xəbər verirki, layihə 10 epizod ərzində Qazaxıstanda və xaricdə milyonlarlatamaşaçı tərəfindən izlənilən misilsiz bir televiziya şousunaçevrilib.

Final mərasimində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevinsalamlama nitqi Qazaxıstan Respublikasının Dövlət müşaviri ErlanKarin tərəfindən səsləndirilib.

“Silk Way Star” Asiya ölkələri arasında mənəvi qarşılıqlıəlaqənin inkişafına və xalqlarımız arasında dostluq bağlarınınmöhkəmlənməsinə töhfə vermək məqsədi daşıyan unikal təşəbbüsdür.Layihə ölkələrimizin ənənələrini və yaradıcı nailiyyətlərininümayiş etdirərək mədəni diplomatiyanın parlaq nümunəsinəçevrilib”, – deyə o bildirib.

Final şousu çoxhəftəlik yaradıcılıq marafonunun kulminasiya anıolaraq, layihəni ölkələr arasında mənalı bir mədəni mübadiləmeydanına çevirib. Proqram vokal sənətinin, səhnə istehsalının vəbeynəlxalq əməkdaşlığın yüksək səviyyəsini nümayiş etdirib.

“Silk Way Star”ın miqyası və formatı artıq dünyanın ən böyükmusiqi müsabiqələri, o cümlədən “Eurovision” ilə müqayisəolunur.

Final proqramında yeddi güclü iştirakçı çıxış edib. Hər birartist öz xalqının mədəni irsini, milli vokal üslubununmüxtəlifliyini nümayiş etdirərək ana dilində kompozisiyalar ifaedib. Final nömrələri Qazaxıstan stilistlərinin xüsusi olaraq QrandFinal üçün hazırladıqları parlaq səhnə quruluşları, vizual həllərvə orijinal obrazlarla seçilib.

Monqolustanlı müğənni Mişel Cozef “Silk Way Star” müsabiqəsininqalibi olub.

Böyük Final “Jibek Joly” telekanalında canlı yayımlanıb. Eynivaxtda Azərbaycan, Tacikistan, Qırğızıstan və Monqolustanda dayayımlar aparılıb.

Layihə boyunca dünyanın müxtəlif ölkələrindən milyonlarlatamaşaçı bu beynəlxalq vokal meqa layihəsində iştirak edənistedadlı ifaçıları izləyib.

Müsabiqədə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Çin, Qırğızıstan,Tacikistan, Türkmənistan, Özbəkistan, Cənubi Koreya və digərölkələrdən nümayəndələr iştirak ediblər.

“Silk Way Star” layihəsi Qazaxıstan Respublikası PrezidentininTeleviziya və Radio Yayımları Kompleksi ilə Çinin “China MediaGroup (CMG)” arasında imzalanmış saziş çərçivəsində həyatakeçirilib.

Astanada
Astanada
Избранный
27
2
az.trend.az

3Источники