Tbilisidəki televiziya qülləsi yenidən Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Gürcüstanın paytaxtı Tbilisi şəhərinin ən hündür yerində - Mtaçminda parkında yerləşən və paytaxtın məşhur televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Şəhərin mərkəzindən və müxtəlif rayonlardan aydın görünən işıq şousu paytaxtın səmasında xüsusi mənzərə yaradıb.
İşıqlandırma iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin simvolik ifadəsi kimi qiymətləndirilir. Tbilisi televiziya qülləsinin Azərbaycan bayrağının rənglərinə bürünməsi sosial şəbəkələrdə geniş rezonans doğurub və bu görüntü çoxsaylı istifadəçi tərəfindən paylaşılıb.
XQ