RU

Ad günündən bir həftə sonra öldü

ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məşhur amerikalı musiqiçi Uolt Eldric vəfat edib.

Axşam.az xəbər verir ki, müğənni 70 yaşı tamam olduqdan bir həftə sonra dünyasını dəyişib. 

Qeyd edək ki, Uolt müğənni, bəstəkar, gitaraçı və prodüser idi. The Shooters qrupu öz sinqlları ilə yeddi dəfə hit-paradlara daxil olub. Uolt "Billboard" kantri hit-paradının top-40-lığına düşən 56 mahnının müəllifidir.

Onun birinci yerə yüksəlmiş hitləri arasında Ronni Milsapın “(There's) No Getting' Over Me”, Erl Tomas Konlinin “Holding Her and Loving You”, Trevis Tritin “Modern Day Bonnie and Clyde”, Heartland qrupunun “I Loved Her First” və digər trek­lər var.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
73
axsam.az

1Источники