RU

Hacıqabulda YAP ın təsis edilməsinin 33 illiyi münasibəti ilə tədbir keçirildi FOTOLAR

ain.az bildirir, Demokrat.az portalına istinadən.

21 noyabr 2025-ci il tarixində Hacıqabul rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33 illiyi münasibəti ilə tədbir keçirilib. Demokrat.az xəbər verir ki, tədbirdə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın məsul əməkdaşları, idarə, təşkilat rəhbərləri və partiya fəalları iştirak ediblər.Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə tər çiçəklər düzüblər. Daha sonra tədbir Heydər Əliyev Mərkəzində davam edib. Tədbirdə Müasir Azərbaycan dövlətinin memarı, Yeni Azərbaycan Partiyasının banisi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək qeyd edib ki, Yeni Azərbaycan Partiyasının əsası Ulu öndər Heydər Əliyevin müdrikliyi və siyasi iradəsi ilə qoyulduğu gündən etibarən xalqla dövlət arasında körpü rolunu oynayan, ölkənin modernləşmə strategiyasını həyata keçirən aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərir. Bu gün bu siyasi xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir və ölkəmizin yeni reallıqlarını, regional liderliyini və beynəlxalq nüfuzunu daha da möhkəmləndirir.Müzəffər Ali baş komandan cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının Sədri kimi fəaliyyəti son illərdə partiyanın idarəetmə modelinin yenilənməsi, struktur islahatlarının aparılması, qərarların qəbulunda şəffaflığın və institusional yanaşmanın gücləndirilməsi, gənclərin və qadınların partiya rəhbərliyində daha geniş təmsil olunması kimi istiqamətlərdə özünü göstərir. Bu siyasət YAP-ın dinamik, dəyişən dövrün tələblərinə uyğunlaşan modern siyasi təşkilata çevrilməsinə xidmət edir.Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Yeni Azərbaycan Partiyasının 33 illik fəaliyyətinin bizi gələcəyə daha böyük inamla aparan tarixi yolun ifadəsi olduğunu bildirib və bu əlamətdar gün münasibətilə partiyanın bütün üzvlərini, əməkdaşlarını, tərəfdarlarını, Azərbaycanın siyasi həyatında səmərəli rol oynayan hər bir vətəndaşı səmimi-qəlbdən təbrik edib, onlara möhkəm can sağlığı, uğurlar, dövlətimiz və xalqımız naminə fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıb.Tədbirdə YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov, Heydər Əliyev Mərkəzinin direktoru Aytən İmanova, Hacıqabul Rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Səyavuş Məmmədov və 2 nömrəli tam orta məktəbinin direktoru Şölə İbrahimova Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33 illiyi münasibəti ilə çıxışlar ediblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
38
demokrat.az

1Источники