RU

"Təəssüf ki, Palmerin başına bədbəxt hadisə gəlib" - "Çelsi"nin baş məşqçisi üzücü xəbəri açıqladı

Zədə səbəbindən "Çelsi"yə kömək edə bilməyən yarımmüdafiəçi Koul Palmer bu problemi geridə qoysa da, başına bədbəxt hadisə gəlib.

Fanat.Az xəbər verir ki, bu barədə "zadəganlar"ın baş məşqçisi Entso Mareskanın söylədiklərini tanınmış insayder və jurnalist Ben Ceykobs şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

 "Təəssüf ki, Palmerin başına bədbəxt hadisə gəlib. O, ayaq barmağını sındırıb. Qasıq zədəsindən yenicə qurtulduğu vaxtda ayağını harasa vurub barmağını sındırması üzücü xəbər oldu. O, Premyer Liqanın 12-ci turunda "Börnli"yə, eləcə də növbəti çempionat matçında "Arsenal"a qarşı dəqiq oynamayacaq. "Barselona" ilə Çempionlar Liqası qarşılaşmasında da həmçinin".

Nihat

Избранный
32
fanat.az

1Источники