Bu gün paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində cərəyan vurması nəticəsində vəfat edən şəxslərin kimliyi məlum olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, faciəli hadisə nəticəsində vəfat edən şəxslər - 20 yaşlı Emil Quliyev, 18 yaşlı Əkbər Zeynalov, 27 yaşlı Cavidan Muradlı və 19 yaşlı Eltac Əliyevdir.
Qeyd edək ki, hadisə Binəqədi şosesində yerləşən "Lake Hotel" restoranının yaxınlığında baş verib.
*** 14:13
Bu gün paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində faciəli hadisə baş verib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Binəqədi şosesində yerləşən "Lake Hotel" restoranının yaxınlığında oranın dörd əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib.
"Azərişıq" ASC-dən bildirilib ki, hadisə baş verən həmin 35 kV-luq özəl xətt 2007-ci ildə istifadəyə verilib:
"Həmin yüksəkgərginlikli xətt özəl şirkətə məxsus olduğu üçün "Azərişıq" ASC-nin balansında deyil".
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.