RU

Məcnun Məmmədov: Kənd təsərrüfatı məhsullarının ixracı ilk dəfə 1 milyard dolları keçib

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Azərbaycan tarixində ilk dəfə həm kənd təsərrüfatı və həm kənd təsərrüfatında emal olunmuş məhsulların ixracı bu ilin 9 ayında 1 milyard ABŞ dollarını keçib."Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Baku TV"yə müsahibəsində deyib.Onun sözlərinə görə, yanvar-sentyabr aylarında tərəvəz ixracının həcmi 23 %, meyvə ixracı isə 37 % artıb: "Bu, çox böyük nəticədir. Azərbaycan tarixində ilk dəfə olaraq həm kənd təsərrüfatı və həm kənd təsərrüfatında emal olunmuş məhsulların ixracı i‌lk 9 ayda 1 milyard ABŞ dollarını keçib. Ümid edirəm ki, bu tendensiya gələcəkdə də davam edəcək".Nazir vurğulayıb ki, Azərbaycanın ərzaqlıq yumurta ixracı xeyli artıb: "Əgər 2022-ci ildə 12 milyon ədəd ərzaqlıq yumurta ixrac olunmuşdusa, ötən il bu göstərici 7 dəfəyə qədər artaraq 84 milyondan çox olub".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
100
44
demokrat.az

10Источники