ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Azərbaycan tarixində ilk dəfə həm kənd təsərrüfatı və həm kənd təsərrüfatında emal olunmuş məhsulların ixracı bu ilin 9 ayında 1 milyard ABŞ dollarını keçib."Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Baku TV"yə müsahibəsində deyib.Onun sözlərinə görə, yanvar-sentyabr aylarında tərəvəz ixracının həcmi 23 %, meyvə ixracı isə 37 % artıb: "Bu, çox böyük nəticədir. Azərbaycan tarixində ilk dəfə olaraq həm kənd təsərrüfatı və həm kənd təsərrüfatında emal olunmuş məhsulların ixracı ilk 9 ayda 1 milyard ABŞ dollarını keçib. Ümid edirəm ki, bu tendensiya gələcəkdə də davam edəcək".Nazir vurğulayıb ki, Azərbaycanın ərzaqlıq yumurta ixracı xeyli artıb: "Əgər 2022-ci ildə 12 milyon ədəd ərzaqlıq yumurta ixrac olunmuşdusa, ötən il bu göstərici 7 dəfəyə qədər artaraq 84 milyondan çox olub".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.