RU

Ukrayna müharibəsində ən azı 190 rusiyalı himayəsiz şəxs həlak olub

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının başlanmasından bəri döyüşə təxminən 6 min yetim göndərilib, onlardan 4 mini geri qayıdıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Çətin həyat vəziyyətinə düşmüş vətəndaşlara yardım” təşkilatının idarə heyətinin sədri Yekaterina Gorelkina bildirib.

O qeyd edib ki, 2025-ci ilə olan məlumata görə, cəbhədə 1855 yetim qalır, həlak olanların sayı isə 145 nəfərdir.

Jurnalistlərin danışdığı uşaq evlərinin əməkdaşları hesab edirlər ki, həlak olan yetimlərin real sayı 190-dan xeyli çoxdur.

Krasnoyarsk diyarındakı uşaq evinin bir əməkdaşı bildirib ki, Ukraynaya “azı on oğlan gedib” və bu, yalnız onun məlumatlı olduğu hallardır.

“O uşaqlar hara getsinlər? Yay aylarında tələbə yataqxanasında qalmağa icazə verilmir. Dövlət isə onlara mənzil verməyə tələsmir”, – deyə o əlavə edib.

Musavat.com

 

Избранный
27
musavat.com

1Источники