RU

Rustem Umerov Ukraynaya qayıdıb

Adı Ukraynada korrupsiyada hallanan Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Rustem Umerov ölkəsinə qayıdıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə millət vəkili Aleksey Qonçarenko özünün "Telegram" kanalında məlumat verib.

"Rustem Umerov ölkəyə qayıdıb", - deyə parlamentari yazıb.

"Berliner Zeitung" (BZ) nəşri noyabrın 20-də yazıb ki, Umerovun ezamiyyətinin vaxtının uzadılması Ukrayna elitasını narahat edir. Bildirilir ki, Umerovun xaricə "qaçması" onun Ukraynada korrupsiya qalmaqalına aidiyyəti olması ilə bağlı şayiələri qızışdırır.

Избранный
15
6
far.az

8Источники