Ukrayna prezidenti Volodimir Zelenski Pentaqonun nümayəndələri ilə görüşüb.
Musavat.com xəbər verir ki, bu barədə "RBC-Ukrayna" məlumat yayıb.
Nəşrin mənbəsinin məlumatına görə, prezident ABŞ-ın ordu naziri Den Driskoll və generallarla görüşüb.
Hazırda generallarla geniş tərkibdə görüş başlayır. İclasda həmçinin Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov da iştirak edir. O, Türkiyə və ABŞ-a səfərlərindən sonra ölkəyə qayıdıb.
Daha əvvəl “RBK-Ukrayna” mənbələrinə istinadən xəbər verib ki, ABŞ generalları Zelenskiyə Vaşinqton və Moskvanın hazırladığı müharibəni dayandırma planına razılıq verməsi üçün “təzyiq göstərəcəklər”.
Bir gün əvvəl bir neçə Qərb mediası öz mənbələrinə istinadən ABŞ və Rusiya rəsmilərinin Ukraynada müharibəyə son qoymaq üçün plan hazırladığını yazıb. Qeyri-rəsmi məlumatlara görə, onun hazırlanmasında Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev iştirak edib. Planın 28 bənddən ibarət olduğu və faktiki olaraq Ukraynanın kapitulyasiyasını nəzərdə tutduğu bildirilir. İddialara əsasən, sözügedən plan Kiyevdən Donbasdan imtina etməyi və ordusunun sayını yarıya endirməyi tələb edir. Kreml və Ağ Ev hələlik belə bir planın mövcudluğunu rəsmən təsdiqləməyib.
Musavat.com