İllər keçsə də, sosiologiya, psixologiya, tibb kimi sahələr inkişaf etsə də, amma bəzi məsələlər öz həllini tapmır. Yəni, o inkişaf həmin məsələləri həll edə bilmir. Məsələn, gənc qızların, yəni özünü inkişaf etdirməmiş, məktəbli qız uşaqlarının vaxtından tez ərə verilməsi kimi proseslər davam edir. Bu, bəzən zorla, basqıyla yox, hətta ərgən yaşına çatmamış qızların öz seçimi ilə də baş tutur. Bu məsələdə psixoloqlar, sosioloqlar həyəcan təbili çalıb, valideynlərə müraciətlər ünvanlasalar da, istənilən nəticə əldə olunmur.Saglamolun.Az