RU

Pezeşkian: İran paytaxtının köçürülməsi artıq seçim deyil...

İran prezidenti bildirib ki, paytaxtın köçürülməsi artıq zərurətə çevrilib...

Poliqon xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian paytaxtın Tehrandan köçürülməsi məsələsinin ölkə üçün strateji məcburiyyətə çevrildiyini bildirib. Onun sözlərinə görə, Tehran regionunda əhali artımı və tikinti miqyasını davam etdirmək artıq mümkün deyil.

Prezident qeyd edib ki, şəhərin inkişaf etdirilməsi mümkündür, lakin əsas problem olan su qıtlığı həllini tapmır. Pəzəşkian vurğulayıb ki, texniki baxımdan Fars körfəzindən Tehrana su gətirmək olar, lakin bunun maya dəyəri həddindən artıq yüksək olacaq: hər kubmetr su dövlətə çox bahalı başa gələcək.

İran rəhbərliyi son illərdə paytaxtın köçürülməsi variantlarını aktiv şəkildə müzakirə edir. Mütəxəssislər bildirirlər ki, Tehran həm seysmik risklər, həm də su çatışmazlığı baxımından Yaxın Şərqin ən həssas meqapolislərindən biri hesab olunur.

Poliqon.info

Избранный
19
poliqon.info

1Источники