RU

Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi 2 dəfəyə yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Böyük Britaniyaarasında ticarət əməliyyatlarının həcmi 1,023 milyard ABŞ dollarıtəşkil edib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 409,4 milyon ABŞ dolları və ya 1,7 dəfə çoxdur.

Hesabat dövründə Böyük Britaniya ilə ticarət dövriyyəsiAzərbaycanın ümumi ticarət dövriyyəsinin 2,50%-i həcmində olub.Bununla da sözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çoxticarət əməliyyatları apardığı ölkələr sırasında 7-ci pillədəqərarlaşıb.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan BöyükBritaniyaya 278 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu,ötən ilin eyni dövrü ilə müqayisədə 122,6 milyon ABŞ dolları və ya30,6% azdır.

Dövr ərzində Böyük Britaniyaya ixrac edilmiş məhsulların 273milyon ABŞ dollarını bitumlu süxurlardan alınmış xam neft və xamneft məhsulları təşkil edib. Bu dəyərdə neft ixracının həcmi isə514,9 min tona bərabər olub. Beləliklə, ötən ilin eyni dövrü iləmüqayisədə bu ilin ilk 10 ayında Azərbaycandan Böyük Britaniyayaneft ixracı dəyər ifadəsində 117,8 milyon dollar və ya 30,1%, həcmbaxımından isə 135,2 min ton və yaxud 20,8% azalıb.

Bununla da Böyük Britaniya hesabat dövründə Azərbaycanın ən çoxneft ixrac etdiyi ölkələr siyahısında 7-ci pillədə qərarlaşıb.

Eyni zamanda, hesabat dövründə Böyük Britaniyadan Azərbaycana744,7 milyard ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunubki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 532 milyon ABŞdolları və ya 3,5 dəfə artım deməkdir. Bununla da hesabat dövründəBöyük Britaniya Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələrsırasında 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanxarici ölkələrlə 40,862 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 milyardABŞ dolları və ya 3,8% çoxdur.

Xarici ticarət dövriyyəsinin 21,637 milyard ABŞ dolları ixracın,19,225 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 1,1 milyard ABŞ dolları və ya 4,9% azalıb, idxal isə 2,6milyard ABŞ dolları və yaxud 15,6% artıb.

Nəticədə xarici ticarətdə 2,412 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 3,7 milyard ABŞ dolları və ya2,5 dəfə azdır.

Избранный
26
13
az.trend.az

10Источники