RU

Vüqar Məmmədovun məhkəmədə halı pisləşdi

Bu gün Səbail Rayon Məhkəməsində Hürriyyət TV-nın baş redaktoru Vüqar Məmmədovun ev dustaqlığına buraxılması ilə bağlı proses keçirilib.

Olaylar.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıcov bildirib.

O qeyd edib ki, proses zamanı Vüqar Məmmədovun halı pisləşib, təzyiqi düşüb və ürəyi bulanan baş redaktor qaytarıb.

"Yaşı və səhhətinin, eləcə də törətdiyi cinayətin ağır olmamasının nəzərə alınaraq, məhkəmədə onu ev dustaqlığına buraxması barədə məsələ qaldırdıq. Çünki Vüqar Məmmədovun ürəyində problemlər var və o, həbs olunmamışdan bir neçə gün əvvəl həkim müayinəsində olub. Həkim ona əməliyyat olunmağı tövsiyə edib", - deyə A.Layıc jurnalistlərə bildirib.

Məhkəmə vəkilin V.Məmmədovun ev dustaqlığına buraxılması barədə vəsadətini təmin etməyib.

Qeyd edək ki, V.Məmmədov DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Səbail Rayon Məhkəməsi oktyabrın 31-də onun barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə ittiham verilib.

Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini nəzərdə tutur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
8
7
olaylar.az

10Источники