AZ

Vüqar Məmmədovun məhkəmədə halı pisləşdi

Bu gün Səbail Rayon Məhkəməsində "Hürriyyət TV"-nın baş redaktoru Vüqar Məmmədovun ev dustaqlığına buraxılması ilə bağlı proses keçirilib.

"Yeni Sabah" bakupost- istinadla xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıcov məlumat yayıb.

O qeyd edib ki, proses zamaı halı pisləşən, təzyiqi düşən Vüqar Məmmədov qaytarıb:

"Yaşı və səhhətinin, eləcə də törətdiyi cinayətin ağır olmamasının nəzərə alınaraq, məhkəmədə onu ev dustaqlığına buraxması barədə məsələ qaldırdıq. Çünki Vüqar Məmmədovun ürəyində problemlər var və o, həbs olunmamışdan bir neçə gün əvvəl həkim müayinəsində olub. Həkim ona əməliyyat olunmağı tövsiyə edib".

Məhkəmə vəkilin V.Məmmədovun ev dustaqlığına buraxılması barədə vəsadətini təmin etməyib.

V. Məmmədov DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Səbail Rayon Məhkəməsi oktyabrın 31-də onun barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.


Telegram kanalımız
Seçilən
5
8
yenisabah.az

10Mənbələr