RU

Xameneiyə göndərilən məktub: Hazır olun

BAKI, 20 noyabr. TELEQRAF

“Hazırda İranla ABŞ arasında danışıqlar aparılmır, amma danışıqlara istək olub və var”.

Teleqraf xəbər verir ki, bunu İran Parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədri İbrahim Əzizi deyib.

O qeyd edib ki, Xarici İşlər Nazirliyi xarici siyasəti icra edən qurumdur, qərar verən yox: “Xarici siyasətlə bağlı qərarları İran İslam Respublikasının əsas qurumları qəbul edir”.

İbrahim Əzizi ABŞ Prezidenti Donald Trampın 12 günlük müharibədən əvvəl İranın Ali dini rəhbəri Əli Xameneiyə göndərdiyi məktub barədə də danışıb:

“Tramp məktubunda İrana danışıqlar üçün vaxt verərək bildirmişdi ki, əgər danışıqlar nəticə verməsə, müharibəyə hazır olun. Biz də cavab verdik ki, İran xalqını hədələmək haqqınız yoxdur”.

Избранный
9
teleqraf.com

1Источники