Aparılacaq tikinti işləri ilə əlaqədar, 22 noyabr saat 00:00-dan etibarən Bakı Şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsindəki dairədən Babək prospektinə çıxan hissədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
"APA-Economics" xəbər verir ki, hərəkətin məhdudlaşdırılması tikinti işləri bitənədək qüvvədə olacaq.
Məlumata görə, sürücülər alternativ olaraq Nəcəfqulu Rəfiyev küçəsindən istifadə edə bilərlər.