"Aparılacaq tikinti işləri ilə əlaqədar olaraq, noyabrın 22-də gecəyarısından etibarən Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsindəki dairədən Babək prospektinə çıxan hissədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq".
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, hərəkətin məhdudlaşdırılması tikinti işləri bitənədək qüvvədə qalacaq.
"Sürücülər alternativ olaraq Nəcəfqulu Rəfiyev küçəsindən istifadə edə bilərlər", - deyə məlumatda qeyd olunub.
Tarix: 20 Noyabr 2025, 15:48