RU

Ukrayna səfirliyində matəm kitabı açıldı

Ukraynanın Azərbaycandakı səfirliyi elektron formada matəm kitabı açıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev X hesabında paylaşım edib.

"Matəm kitabı noyabrın 19-da Rusiyanın Ukraynanın Ternopol şəhərinə zərbələri nəticəsində həlak olanların xatirəsinin anılması üçün açılıb", - paylaşımda qeyd edilib.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Ternopol şəhərini atəş tutması nəticəsində üçü uşaq olmaqla 25 nəfər həlak olub. Hadisə nəticəsində 73 nəfər, o cümlədən 15 uşaq isə yaralanıb.

Xəbər 2 dəfə oxunub.
Избранный
14
7
xezernews.az

10Источники