RU

Qərar verildi COP31 bu ölkədə keçiriləcək

ain.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gələn il keçiriləcək BMT-nin növbəti iqlim sammiti (COP31) üzrə ev sahibliyi məsələsində Türkiyə və Avstraliya arasında yaranmış gərginlik həllini tapıb.

Modern.az xəbər verir ki, Avstraliyanın Baş naziri Entoni Albanes Braziliyada aparılan danışıqlar zamanı tərəflərin kompromis razılaşmaya yaxınlaşdığını açıqlayıb.

Razılaşmaya əsasən, COP31-in ev sahibi Türkiyə olacaq və tədbir Antalyada keçiriləcək. Avstraliya isə hökumətlərarası danışıqlara rəhbərlik edən ölkə kimi çıxış edəcək.

Bundan əvvəl hər iki ölkə COP31-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürmüş və geri çəkilməkdən imtina etmişdi.

Albanes bildirib ki, əldə olunan razılaşma həm Türkiyə, həm də Avstraliya üçün “böyük uğurdur”. O əlavə edib ki, sammitdən əvvəl keçiriləcək pre-COP tədbiri Sakit Okean regionunda təşkil ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
2
modern.az

3Источники