RU

KİV: ABŞ-ın Ukrayna üzrə yeni “sülh planı” hələlik real görünmür

ABŞ-ın Ukrayna müharibəsini dayandırmaq üçün hazırladığı yeni sülh planı ciddi struktur zəifliklərinə görə reallığa davam gətirməyə bilər.

APA xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti yazıb.

Qəzetin məlumatına görə, ABŞ administrasiyasının hazırladığı təkliflər paketi Ukrayna Silahlı Qüvvələrinin bütün Donbas bölgəsindən, Rusiya tərəfinin isə Zaporojye və Xerson vilayətlərində tutduğu bəzi ərazilərdən çıxarılması, Ukrayna ordusunun sayının və döyüş qabiliyyətinin azaldılması və ən nəhayət ABŞ-ın Ukraynaya müdafiə zəmanəti verməsi kimi müddəaları nəzərdə tutur.

Qəzetin analitiki Deniel DePetrisin fikrincə, planın ən böyük problemi — Vaşinqtonun Kiyevə verə biləcəyi təhlükəsizlik zəmanətlərinin etibarlılığıdır.

DePetris hesab edir ki, Vaşinqtonun Kiyevə təqdim edəcəyi təhlükəsizlik təminatı planın ən zəruri, eyni zamanda ən zəif hissəsidir. Analitik yazır ki, ABŞ-ın belə bir öhdəliyi icra etmə ehtimalı “son dərəcə aşağı” olduğundan, zəmanət Ukraynanın narahatlıqlarını aradan qaldırmağa kifayət etməyə bilər.

ABŞ-ın zəmanət mexanizminin əsas məqsədi Ukraynanın digər ağır bəndlərə dair etirazlarını yumşaltmaq və Rusiyanın yaxın gələcəkdə müharibəni yenidən başlatmasının qarşısını almaqdır. Lakin analitik xəbərdarlıq edir ki, planın siyasi və hərbi reallıqlarla uzlaşmaması onun icrasını şübhə altına alır.

Избранный
26
5
apa.az

6Источники