RU

Corab satan aktyor: “Hər iki əlim əsir...”

Sosial şəbəkələrdə corab satdığı görüntüləri yayıldıqdan sonra işlə təmin olunduğu bildirilən aktyor Allahverdi Yolçuyev hələ də işsizdir.

 

O, Pravda.az-a açıqlamasında xəstə olduğunu, aldığı təqaüdün müalicəsinə yetmədiyini bildirib.

 

“Mənimlə maraqlanan insanlara təşəkkürümü bildirirəm. Atam mənə hər zaman örnək olub. Heç zaman deməzdi ki, biz mütləq kabab yeməliyik. Kabab olanda kabab yemişik, vermişel olanda vermişel yemişik. Bu insanın gözütox olmasından irəli gəlir. Amma o dərəcədə də yox. Mənə 336 manat 58 qəpik təqaüd verilir. Dərmanlarım, həkimə getməyim var, xəstə adamam. Tam sağalmamışam. Bir əlim əsirdi, indi digər əlim də əsir. Elə bildim ki, məni Akademik Musiqili Dram Teatrına işə götürəcəklər. Səhvə yol verdim, mətbuata məlumat verdim ki, işlə təmin olunmuşam, amma belə deyilmiş. Səbəb olaraq təqaüd yaşında olduğumu bildirdilər. Aktyor, ümumiyyətlə, təqaüdə çıxmamalıdır. Səhnəyə gəlib, səhnədə də ölməlidir. Bu, qanundur. Bütün dünyada var. Azərbaycanda isə bir az fərqlidir. Yaşlı olan yaşlı obrazı oynamalıdır, titrəyən adama ona uyğun obraz seçilməlidir və s. Bu qanun kimidir. Corab satmağımda sətiraltı məna var idi. Ay aktyor yoldaşlar, diqqətli olun, hər birimiz bu günü yaşaya bilərik”, - o qeyd edib. 

 

Şəhanə Quliyeva

Tarix: 20 Noyabr 2025, 09:05   
Избранный
28
2
pravda.az

3Источники