RU

Yaponiyanın Oita şəhərində böyük yanğın baş verib

Bakı. Trend:

Yaponiyanın Oita şəhərində baş verən genişmiqyaslı yanğınnəticəsində 150-dən çox ev yanıb.

Trend-inməlumatına görə, bu barədə "NHK" televiziya kanalı məlumatyayıb.

Yanğın Saqanoseki rayonunda sıx tikililərin yerləşdiyi ərazidəbaşlayıb. Yanğın qısa müddətdə qonşu binalara yayılaraq 170-dən çoxevi əhatə edib. Daha sonra alov yaxınlıqdakı meşəyə və şəhərdən birkilometr məsafədə yerləşən yaşayış olmayan adaya da yayılıb.

Yanğının ümumi sahəsi 49.000 kvadrat metrə çatıb və hadisə 24saata yaxın müddətdə nəzarət altında saxlanılır. Ümumilikdə 167nəfər təxliyə edilib.

Hadisə bir nəfərin — 76 yaşlı kişinin — ölümünə səbəb olub.İlkin ehtimala görə, ölüm ürək dayanması səbəbindən baş verib.Bundan əlavə, 50 yaşlı bir qadın yüngül yanıqlar və dəm qazındanzəhərlənmə səbəbilə xəstəxanaya yerləşdirilib.

Избранный
43
az.trend.az

1Источники