RU

Tramp Nyu-Yorkun seçilmiş meri ilə görüşəcək

BAKI, 20 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkun seçilmiş meri Zöhran Mamdani ilə 21 noyabrda Ağ Evdə görüşəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, prezident bu barədə "Truth Social" platformasında məlumat yayıb.

Tramp bildirib ki, Mamdani görüş üçün müraciət edib.

“Biz razılığa gəldik ki, görüş 21 noyabr, cümə günü Ağ Evin Oval kabinetində baş tutsun”, - Tramp bildirib.

Daha əvvəl Donald Tramp Mamdanini “kommunist” adlandırmışdı. Seçilmiş mer isə özünü “demokratik sosialist” kimi təqdim edir.

Избранный
35
teleqraf.com

1Источники