RU

Türkiyənin pley offda mümkün rəqibləri bəlli oldu Fatih Terim təhlükəsi

ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.

DÇ-2026-nın seçmə mərhələsi başa çatdı. Qrupu 2-ci pillədə başa vuranları, eləcə də Millətlər Liqasındakı qrup liderlərini pley-off matçları gözləyir."Football-plus.az" xəbər verir ki, 16 komanda 4 səbətə bölünüb və noyabrın 20-də İsveçrənin Sürix şəhərində püşkatma mərasimi keçiriləcək. Bizi belə desək, 4 ayrı-ayrı "final four" gözləyir. 16 komanda 4 ayrı qrupa bölünəcək. Bu qruplarda 1-ci səbətdəki komandalar 4-cü, 2-ci səbətdəki komandalar isə 3-cü səbətdəkilər ilə qarşılaşacaq. Gələn il martın 26-da yarımfinallar, martın 31-də finallar keçiriləcək. Həm yarımfinal, həm də finalda qalib bir oyunla müəyyənləşəcək. Qaliblər DÇ-yə vəsiqə qazanacaq. Yarımfinallarda "səpələnmişlər", yəni 1 və 2-ci torbada olan komandalar evdə oynayacaq. Türkiyə 1-ci səbətdə yer aldığına görə yarımfinal matçını doğma azarkeşləri önündə keçirəcək. Final matçının ev sahibi isə püşkatmadan sonra bilinəcək. Qeyd edək ki, Türkiyə İtaliya, Ukrayna və Danimarka ilə birgə 1-ci səbətdə yer alır. Yəni ''ay-ulduzlular''ın bu rəqiblərlə qarşılaşmayacağı dəqiqdi. 4-cü səbətdə isə İsveç, Rumıniya, Şimali Makedoniya və Şimali İrlandiya yer alır. Yəni Türkiyənin yarımfinaldakı rəqibi bu 4 komandadan biri olacaq. 2 və 3-cü səbətlərdə, yəni finalda Türkiyə ilə qarşılaşmaq ehtimalı olan komandalar isə bunlardı: Uels, Polşa, Çexiya, Slovakiya, Albaniya, İrlandiya, Kosovo, Bosniya və Hersoqovina. Maraqlıdı ki, Çexiya yığmasının "sükanı arxasına" keçməyə əsas namizədlərdən biri Fatih Terimdi. Bu təyinat baş tutsa, Terimin finalda Türkiyəyə rəqib olmaq ehtimalı yaranacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
1
icma.az

10Источники