RU

Azərbaycan Qahirədə D8 qrupunun səhiyyə nazirlərinin konfransında təmsil olunub (FOTO)

Bakı. Trend:

Qahirədə inkişaf etməkdə olan İslam ölkələrinin daxil olduğu D8qrupunun səhiyyə nazirlərinin birinci konfransı keçirilib. TədbirdəD8-ə üzv dövlətlərin nümayəndə heyəti iştirak edib. Ölkəmizitədbirdə səhiyyə nazirinin müavini Rasim İsmayılovun başçılıqetdiyi nümayəndə heyəti təmsil edib.

Trend MisirinSəhiyyə və Əhali Nazirliyinə istinadla xəbər verir ki, üç gün davamedən konfransın sonunda “Səhiyyə üzrə Qahirə Birgə NazirlərBəyannaməsi” qəbul edilib.

Sənəddə səhiyyənin fundamental insan hüququ və davamlı inkişafıntəməl daşı olduğu vurğulanır. Ümumi əhalisi 1,2 milyardı keçən üzvdövlətlər arasında regional səhiyyə təhlükəsizliyinə və hərtərəflisəhiyyə imkanlarına nail olmaq üçün əməkdaşlığın gücləndirilməsininvacibliyi qeyd olunub.

Bundan başqa, sənəddə layihələri əlaqələndirmək və həyatakeçirilməsini izləmək üçün "Daimi D-8 Səhiyyə İşçi Qrupu"nunyaradılması, erkən xəbərdarlıq sistemləri və beynəlxalq səhiyyəqaydalarının tətbiqi vasitəsilə pandemiyalara hazırlığıngücləndirilməsi, dərmanların, peyvəndlərin və səhiyyətexnologiyalarının yerli istehsalının dəstəklənməsi və regionaltəchizat zəncirlərinin inkişaf etdirilməsi, eləcə də monitorinq vərasional istifadə proqramları vasitəsilə antimikrob müqavimətinə(AMR) qarşı mübarizə məsələləri qeyd olunur.

Eyni zamanda, iqlim dəyişikliyinin sağlamlığa təsirlərininaradan qaldırılması və dayanıqlı səhiyyə sistemlərinin qurulması,inteqrasiya olunmuş proqramlar vasitəsilə ana, uşaq və yeniyetməsağlamlığının gücləndirilməsi, informasiyaları qorumaqla səhiyyəninrəqəmsal transformasiyasının (elektron qeydlər, teletibb, süniintellekt) sürətləndirilməsi məsələləri də “Qahirə Bəyannaməsi”ndəöz əksini tapıb.

Bəyannamədə əks olunan fikirlərin 2026-cı ilə qədər konkretfəaliyyət planlarına çevrilməsinə çağırış edilib.

Qeyd edək ki, D8 qrupu 1997-ci ildə üzv ölkələrin iqtisadiəməkdaşlığına yardım məqsədi ilə yaradılıb. Hazırda qrupa üzvdövlətlər Malayziya, İndoneziya, Pakistan, İran, Banqladeş, Misir,Nigeriya və Türkiyə və Azərbaycandır. Misir ötən ildən D8-ə sədrlikedir.

2024-cü il dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərindəİnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi ƏməkdaşlıqTəşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikasıyekdilliklə D-8 təşkilatının üzvü seçilib.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Избранный
22
2
az.trend.az

3Источники