RU

Volqoqraddan Stalinqrada: Şəhər bir neçə günlük tarix səyahətinə çıxır

Volqoqrad şəhərinin əsas magistral yollarının hər iki istiqamətində “Stalinqrad” yazılı yol göstəriciləri quraşdırılıb.

Ölkə.az xəbər verir ki, “RIA Novosti”nin məlumatına görə, bu addım 83-cü ildönümünə, Stalinqrad döyüşündəki əks-hücuma (19 noyabr) həsr olunmuş xüsusi aksiyaya uyğun həyata keçirilib.

Bildirilib ki, Volqoqrad bəzi günlərdə müvəqqəti olaraq “Stalinqrad” adı ilə xatırlanır. Bu günlər sırasına 19 noyabrdan başqa 2 və 23 fevral, 8 və 9 may, 22 iyun, 23 avqust, 2 və 3 sentyabr, həmçinin 9 dekabr daxildir. Qeyd edilir ki, bu ənənə 2022-ci ildən başlayıb. 2026-cı ildə isə Rusiyada bir sıra yeni yol nişanlarının yerləşdirilməsi planlaşdırılır.

Əlavə olaraq, ötən ildən etibarən Rusiyada Volqoqradın adının Stalinqrad olaraq dəyişdirilməsi ilə bağlı çağırışlar səslənir. Bu ilin əvvəlində isə Volqoqrad Beynəlxalq Hava Limanının adı rəsmi olaraq Stalinqrad Beynəlxalq Hava Limanı adlandırılıb.

Leyla

Избранный
69
2
olke.az

3Источники